İçəri
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
içəri
1. zərf Daxilə, daxildə. İçəri itələmək. İçəri gəl. İçəri buraxmaq. – Şah rüsxət verdi, münəccimbaşı çıxmamış Xacə Mübarək içəri girib ərz elədi.. M.F.Axundzadə. [Sara xanım:] ..Gəlib çıxaram, tıqqıldadaram qapını, açarlar, girərəm içəri.. Qantəmir. Hənifə qazanı içəri gətirib yerə qoydu, ətəyi ilə sininin üstünə tökülmüş külü sildi. İ.Hüseynov.
2. bax. iç 1-ci mənada. Evin içəri otaqlarının birisində (əndərunda) Rəna ilə anası yaşayırdı.. E.Sultanov.
3. İsmin yönlük, yerlik, çıxışlıq hal şəkilçiləri ilə – 1) arasına, arasında, arasından. Meşənin içərisinə getmək. Uşaqların içərisində biri çox zirəkdir. Kitabların içərisindən ancaq birini seçdim. – ..Bu iki çiçək bu ailələr içərisinə girməklə, onlarda bir yenilik, şadlıq əmələ gətirdisə də, digər tərəfdən, nifaqa və ondan törəyən faciəli hadisələrə də səbəb oldu. S.S.Axundov. Sən qoçaqlar içində qoçaqsan gözlərimdə; Ürəyi alov dolu bir dağsan gözlərimdə. S.Rüstəm. Kimsəsizlər içərisində .. bu qocanın da siması .. canlanırdı. Ə.Məmmədxanlı; 2) ərzində, müddətində, zərfində. Dörd-beş aylıq bir zaman içərisində onunla belə üz-üzə gəlmədiyim birinci kərə vaqe olurdu. S.Hüseyn. ‣ İçəri atmaq dan. – birdən içmək, başına çəkmək. Mirzə Kəmtər də, sanki müsahibindən geri qalmamaq üçün, stəkanında qalan arağı içəri atdı.. Mir Cəlal. İçəri salmaq məc. – mənimsəmək. İçəridən qovrulmaq – ürəyində bərk hirslənmək, acığından qovrulmaq. [Məhbusi] mister Tomasın hədələrini, qaş-qabağını yadına salır, içəridən qovrulurdu. M.İbrahimov. İçəri(yə) ötürmək – 1) yemək, udmaq. [Əmiraslan baba] .. ağ lavaşı yarı bölərək, arasını balla doldurdu və bir göz qırpımında nər kimi içəriyə ötürdü. S.Rəhimov; 2) bax. içəri salmaq.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
içəri
içeri