turklehceleri.org

çəlik

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

çəlik

I. is. Əl ağacı, əsa. [Müəllim] çəliyini əlinə alıb, yavaş-yavaş Qaçaygilə getdi. Ə.Vəliyev. Çəliyini yerə o döyə-döyə; Asta addımlarla qalxır kürsüyə. B.Vahabzadə. // Əkilmək üçün qısa kəsilmiş budaq; qələm.

II. is. Möhkəm dəmir, polad. Çünki sənin heykəlin nə tuncdan, nə çəlikdən; Ölməz o abidənin özün oldun memarı. R.Rza. // məc. Polad kimi, dəmir. Bir çəlik yaysan, əyilməzsən sən; Qalalar çöksə, sökülməzsən sən. M.Müşfiq. Azəri yurdunun zəhmətkeş oğlu; Çəlikdir duruşu, dəmirdən qolu. S.Vurğun.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

çəlik

I. əsa, ağac
{direk, ağaç}

II. arıq, sısqa, ölüvay
{arık, sıska, güçsüz}


Axir izdelgen sözler: