turklehceleri.org

çəkinmək

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

çəkinmək

f.
1. Hər hansı bir səbəbə görə bir şeyi etməyə əli getməmək. [Pərzad:] Səndən [Bayramdan] çəkinirəm. Əgər sən rüsxət versən, bir gün bu dərdlə özümü sağ qoymanam! M.F.Axundzadə. ..Ancaq [Gülpəri] Baharı aşkar qovmaqdan çəkinirdi, çünki Bahar körpə vaxtından Hacı Nəsirin evində böyümüşdü. S.S.Axundov.
2. Ehtiyat etmək, saqınmaq, qorxmaq. ..İnmirə məhəlləsinin camaatı da Əlidən çəkinərdi və özü də bunu guya sevirlər, buna hörmət edirlər. N.Nərimanov. [Solmaz:] Bütün xalqın nicatı üçün mənim qurbanlığım gərəksə, mən çəkinməyəcəyəm! C.Cabbarlı. çəkinə-çəkinə zərf Ehtiyatla, qorxa-qorxa. Çəkinə-çəkinə danışmaq. – Xeyli sükutdan sonra özündən böyüklə danışırmış kimi çəkinə-çəkinə soruşdu: – Ağcanın dediyi gerçəkdirmi? İ.Məlikzadə.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

çəkinmək

I. utanmaq, sıxılmaq, xəcalətlənmək
{utanmak, sıkılmak, arlanmak}

II. diksinmek, iyrənmək
{tiksinmek, iğrenmek}

III. qorxmaq
{korkmak}

IV. yayınmaq, uzaqlaşmaq, saqınmaq
{yayılmak, uzaklaşmak, sakınmak}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

çəkinmək

çekinmek, kaçınmak, yılmak


Axir izdelgen sözler: