çırtlamaq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
çırtlamaq
f.
1. Qabığı, bərk şeyi dişlə bərk basaraq parçalamaq; xırdalamaq; sındırmaq. Tum çırtlamaq.
2. Gül açmağa başlamaq, açılmağa, cücərməyə başlamaq. [Yazgül:] Bizim yerdə bir yazda – gül çırtlayanda, bir də payızda – qoz çatlayanda bərk külək əsir. Ə.Məmmədxanlı. Güllərin üstü qoza ilə doludur, bəzi qozalar artıq çırtlayıb yarılır. (Qəzetlərdən). // Göyərməyə, bitməyə başlamaq. Toxum çırtladı.
3. məc. Yenicə doğmaq, çıxmaq (Günəş haqqında). Şərq üfüqlərində günəş yenicə çırtlamağa başlayırdı. M.İbrahimov. [Səttar:] Əşi, yuxudan oyanıb gözümüzü açıram, görürəm, gün təzəcə çırtlayır. Ə.Əbülhəsən.