biədəblik
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
biədəblik
is. Ədəbsizlik, tərbiyəsizlik, yaramazlıq; ədəbsiz, nalayiq, qaba hərəkət, söz. • Biədəblik etmək – ədəbsiz (nalayiq) hərəkət etmək, ya söz söyləmək. Bir biədəblik eyləmədik biz ki vaizə; Bizdən nə sadir oldu ki, dəydi damağına? S.Ə.Şirvani. Elə ittifaq düşür ki, yolçuların bəzisi biədəblik edib üzə durur. C.Məmmədquluzadə. [Rəşid:] Bağışlayın, xanım, qulluğunuzda biədəblik elədim. Ə.Haqverdiyev.