çöllü
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
çöllü
sif. köhn.
1. Kəndli, kəndçi. Xoş keçmədi il çöllüyə, dehqanə, nə borcum! M.Ə.Sabir. Kərbəlayı Xəlil dükanında oturub, çöllülərdən almış olduğu yağ barəsində düşünürdü. T.Ş.Simurq.
2. məc. Geri qalmış, mədəniyyətsiz, savadsız mənasında. [Ələs bəy:] Nə istəyirsən ey, nə? A çöllü! Mir Cəlal.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
çöllü
I. həyətli, eşikli, bayırlı
{bahçeli, evli, barklı}
II. səhralı, biyabanlı
{sahralı, kır}