savadlı
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
savadlı
I. sif. Yazıb-oxumağı bacaran. Biçarə tacir məktubu əl-əl gəzdirib, heç bir kəs oxuya bilməyib, Gəncədə də ki savadlı molla tapmaq mümkün deyildir. C.Məmmədquluzadə. // Qrammatik cəhətdən çox düzgün yazan və danışan. Savadlı tələbə. Savadlı şagird. – Katibliyə savadlı adam olmadığından bu iş şəhərdən gələnin boynunda qaldı. Mir Cəlal. // məc. dan. Hər hansı bir sahədə yaxşı biliyi, məlumatı olan; bilikli. Savadlı həkim. – Mollayev savadlı adamlarla vuruşanda daha amansız olurdu. M.Hüseyn. Qadirin fikrincə Veys savadlı, bilikli adam olsaydı, sözünü belə qurtarardı. Ə.Əbülhəsən.
II. sif. Üstünə qara naxışlar çəkilmiş, savad vurulmuş gümüş şeylər haqqında.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
savadlı
I. düzgün, səliqəli, qüsursuz (yazı)
{düzgün, muntazam, kusursuz (yazı)}
II. bilikli, elmli
{bilgili, alim}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
savadlı
okur yazar, okuryazar