turklehceleri.org

çeşid

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

çeşid

is.
1. Hər hansı bir malın keyfiyyət və qiymətcə növü, sort. İkinci çeşiddən olan un. Parçanın çeşidi. // İstehsalına, materialına və c.-yə görə malın müxtəlifliyi; növ. Parçanın çeşidləri. – [Qızlar] iki-iki, üç-üç və daha artıq çoxluğu olan kiçik dəstələrlə böyük dəzgahlar qarşısında əyləşib bütün gün axşamacan çeşidli fərşlər toxuyurdular. Ə.Məmmədxanlı.
2. məc. Cür, növ. [Nüşabə:] Durmayın, şahanə bir süfrə açın! Ortaya hər çeşid naznemət saçın! A.Şaiq. Hansı saya, hesaba gələr insan dərdinin insan arzusunun çeşidi. R.Rza.

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

çeşid

çeşit, tür, türlü


Axir izdelgen sözler: