turklehceleri.org

qudurmaq

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

qudurmaq

f.
1. Quduz olmaq, quduzluq xəstəliyinə tutulmaq.
2. məc. Son dərəcə hiddətlənmək; hirsindən, acığından özünü itirmək dərəcəsinə gəlmək. Şişman adam artıq büsbütün quduraraq əsəbi hallar keçirirdi. A.Şaiq.
3. məc. Coşmaq, tüğyana gəlmək, şiddətlənmək. Çırpınırkən xilas üçün həpimiz; Daha dəhşətlənib qudurdu dəniz. H.Cavid.
4. məc. Azğınlaşmaq, həddini aşmaq, cığırdan çıxmaq; hərəkətində, danışığında hədd-hüdudu aşmaq. Ədə, qardaş, vallah, sən qudurubsan, sən heç özün də bilmirsən ki, nə danışırsan. C.Məmmədquluzadə. Kazım ilə söhbətdən sonra müdir onun adını qaraladı və ürəyində bunu da dedi: – Üz vermək lazım deyil, qudurar. Mir Cəlal. // Lovğalanmaq, tay-tuş tanımamaq, özünü yüksək tutmaq (var-dövlət və ya mənsəb sayəsində).

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

qudurmaq

I. hiddətlənmək
{hiddetlenmek}

II. coşmaq, şiddətlənmək
{coşmak, şiddetlenmek}

III. azgınlaşmaq, lovgalaşmaq
{azgınlaşmak, kibirlenmek}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

qudurmaq

kudurmak


Axir izdelgen sözler: