Öyrənmək
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
öyrənmək
f.
1. Bilik əldə etmək, bir şeyi təcrübə ilə mənimsəmək. Tarda çalmağı öyrənmək. İngilis dili öyrənmək. İşin texnologiyasını öyrənmək. // Bir işlə (sənətlə, peşə ilə) məşğul olaraq ona sahiblənmək, yiyələnmək, bir sənət (peşə, ixtisas) əldə etmək. Dərzilik peşəsi öyrənmək. // Məşğul olaraq hazırlamaq, hazırlaşmaq. [Əsgər:] Rəsul, .. heç olmasa kitabı əlinə al, barı görsün ki, guya dərsini öyrənirsən. N.Vəzirov.
2. bax. öyrəşmək 1-ci mənada. İstiyə öyrənmək. – Biz hərbiyyəlilər danüzü durmağa öyrənmişik. Mir Cəlal.
3. Xəbərləşib, soraqlaşıb bilmək, məlumat əldə etmək, xəbər bilmək. Vəziyyəti öyrənmək. – [Xan Məmməd bəyə:] ..Bir öyrən gör Fətəlinin başında nə qədər adamı var. Çəmənzəminli. Lakin nə adını bilirdim, nə də kim və nəçi olduğunu öyrənə bilmişdim. S.Hüseyn. // Məc. mənada. Həyat nədir? Sual verdim özümə; Mənasını çiçəklərdən öyrəndim. M.Müşfiq.
4. Tədqiq etmək, araşdırmaq, tədqiqat aparmaq. Füzulinin yaradıcılığını dərindən öyrənmək. Çayın su rejimini öyrənmək.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
öyrənmək
I. oxumaq
{okumak}
II. alışmaq
{alışmak}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
öyrənmək
çalışmak, incelemek, öğrenmek