zolaq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
zolaq
is.
1. Bir endə olan uzun forma, bir şeyin bir endə olan dar, uzun parçası. Dəmir zolağı. Kağız zolağı.
2. Enli xətt. Abı zolaqları olan parça. Ağsarı zolaqları olan divar kağızı. Parçada qırmızı zolaqlar. // Bir şeyin buraxdığı uzun, ensiz iz; xətt; zol. İşıqlanıb al zolağı; Parlayanda göy qurşağı; Birnəfəsə çıxdıq dağı. M.Dilbazi.
3. Bir sahənin, səthin və başqa bir şeyin ümumi fon üzərində hər hansı bir əlaməti ilə fərqlənən uzanmış hissəsi. Qara tüstü zolaqları. – ..Dan yeri sökülməyə başlayır, içəriyə işıq zolaqları süzülürdü. M.Hüseyn. Bu qaranlığı haradansa düşən Ay işığının zolağı ikiyə parçalamışdı. Ə.Məmmədxanlı.
4. Bir şeyin uzanıb gedən qismi; qurşaq, zona, sahə. Qaratorpaq zolağı. Səhra zolaqları. Sahilin qumlu zolağı. – Yolumuz .. təzə salınmış meşə zolaqları arasından keçirdi. M.Dilbazi.
5. köhn. Kolxozlar təşkil olunmadan əvvəl: kənd torpağının ayrı-ayrı kəndliyə məxsus olan dar şum sahəsi.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
zolaq
I. iz, xətt, zol
{iz, hat, yol}
II. qurşaq, zona, sahə
{kuşak, bölge, saha}
III. şırım
{yol}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
zolaq
şerit