Xəlvət
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
xəlvət
[ər.]
1. is. Tənha yer, gizli yer, heç kəs olmayan yer. Xəlvətə çəkilmək. Nə xəlvətdə oturmusan? – Vermərəm aləmə xəlvət otaqda; Deyib, gülüb danışmağı səninlə. Q.Zakir. Mirzə Səfər eşitmişdi ki, şeir yazmaq üçün iki vasitə lazımdır: xəlvət otaq və bir şüşə şərab. Ə.Haqverdiyev.
2. sif. Adamsız, boş, gediş-gəliş olmayan. Zora xəlvət küçələrin birində divara vərəqə yapışdırmaq istərkən, almanca danışıq səsləri eşitdi. S.Vəliyev.
3. zərf Xəlvətcə, gizlicə. Xəlvət pıçıldaşmaq. Xəlvət göz qoymaq. – [Alı bəy:] Ay Zeynal, Hacı Qasım azından ildə xəlvət beş dükan tikdirirmi? Çəmənzəminli. Sərvətə qul olan bir rüşvətxorun; Xəlvət qazandığı var-dövlət oldu; Aşkar itirdiyi ləyaqət oldu. B.Vahabzadə. // sif. Gizli, xəlvəti, məhrəmanə. Xəlvəti söhbətimiz var. – Sənin gözəlliyinin mən də çoxdan aşiqiyəm; Nə xəlvəti demək olmur, nə aşikarə sənə. Ə.Vahid.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
xəlvət
I. gizli, məxfi
{gizli, mahfi}
II. tək-tənha, yalqız
{tek, yalnız}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
xəlvət
kuytu