yığmaq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
yığmaq
f.
1. Bir yerə toplamaq, cəm etmək. Adamları bir yerə yığmaq. İşçiləri yığıb söhbət aparmaq. – Aslan paşa car çəkdirib bütün camaatı meydana yığmışdı. “Koroğlu”. // Müxtəlif şəxslərdən almaq, toplamaq. Üzvlük haqqı yığmaq. Vergi yığmaq. Məlumat yığmaq. Divar qəzeti üçün məqalə yığmaq. – Qazı cənabları məktəb açmaq üçün bir gündə əlli çuval buğda “zəkat” yığdı. C.Məmmədquluzadə. Qaraçı qavalını açıb, pul yığır. Ü.Hacıbəyov. Fikirləşdim ki, bəlkə adama bir az pul yığıb verək. M.Hüseyn. // Qənaət edərək, dala ataraq yavaş-yavaş toplamaq, ehtiyat görmək. Ehtiyat yığmaq. Pul yığmaq.
2. Yetişmiş məhsulu, meyvəni toplamaq. Taxılı yığmaq. Pambığı yığıb qurtarmaq. Bağın məhsulunu yığmaq. // Bir şey toplamaqla, dərməklə məşğul olmaq. Çiyələk yığmaq. Başaq yığmaq. Dərman otları yığmaq. – Atası Mahmudalı kişi sədrlik eləyəndə, Şamama: – Atama kömək edirəm, – deyə həvəslə pambıq yığırdı. Ə.Əbülhəsən.
3. Yığışdırmaq, götürmək. Yorğan-döşəyi yığmaq. Xalçaları yığıb naftalinləmək. – Arvad ikinci gün nahar vaxtı stolun üstündən yanları göy haşiyəli kətan örtüyü yığmaq istəmişdi. Ə.Sadıq.
4. Qalaq-qalaq, topa-topa düzmək, qoymaq. Taya yığmaq. Odunu anbara yığmaq. Kitabları şkafa yığmaq. Şeyləri bir yeşiyə yığmaq. // Ümumiyyətlə, qoymaq, düzəltmək. Gülərlə Yaşar böyük tasın içində göyərti yuyub boşqablara yığırdılar. M.İbrahimov.
5. Quraşdırmaq, ayrı-ayrı hissələrini birləşdirib tam şəklə salmaq. Mexanizmi söküb yığmaq.
6. Yavaş-yavaş, hissə-hissə toplamaq, kolleksiya düzəltmək. Marka yığmaq. Nadir şeylər yığmaq. Qədim kitablar yığmaq.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
yığmaq
I. quraşdırmaq
{birleştirmek}
II. toplamaq, cəmləmək
{toplamak, bütünlemek}
III. götürmək
{götürmek}
IV. düzmək, qoymaq
{dizmek, koymak}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
yığmaq
biriktirmek, derlemek, devşirmek, yığmak