gilabı
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
gilabı
is. [fars.] Keçmişdə paltar və baş yumaq üçün sabun əvəzinə işlədilən gil növü. Sarı gilabı. Göy gilabı. – Keçmişdə kənd və şəhərlərdə sabun çatışmayan zaman gilabı ilə paltar yuyur və çimirdilər. Gilabı sabunu əvəz edirdi. M.Qaşqay. Göy və sarı gilabı ilə baş yuyardılar. H.Sarabski. Çay qırağındakı yamaclardan paltar yumaq üçün gilabı deyilən palçıq çıxırdı. Ə.Əbülhəsən.