yürüş
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
yürüş
is.
1. İrəliyə doğru hərəkət; yerimə. Ağır karvan yürüşü ilə dalğalanır insanlar; Həm də qızlar-oğlanlar. S.Vurğun.
2. Hücum, axın, hərbi əməliyyat. Qalanı yürüşlə aldılar. – Qızıl Ordu Böyük Kirəc yolundan qüdrətli və əzəmətli bir yürüşlə.. [şəhərə] daxil olurdu. M.İbrahimov. • Yürüş etmək – hücum etmək, axın halında irəli yerimək. Dəhşətli, qüdrətli, hesabsız ləşkər; Şimaldan düz şərqə yürüş edirlər. A.Səhhət.
3. məc. Müəyyən məqsəd və ya tapşırığı yerinə yetirmək, yaxud bir şeylə, ya da bir şey uğrunda mübarizə aparmaq üçün mütəşəkkil çıxış, hərəkət. Mövhumat əleyhinə yürüş. Qənaət uğrunda yürüş. // Səyahət məqsədi ilə təşkil edilən səfər. Turist yürüşü.
4. Yeriş yarışı (idman növü).
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
yürüş
I. yerimə
{yürüme}
II. hücum, axın
{hücum, yürüyüş}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
yürüş
gidiş, yürüyüş