yuva
Türkiye Türkchisi – Tatarche Lughet (Ganiyev, 1998)
yuva
и. 1) оя; yuva yapmak оя кору; 2) йорт; 3) балалар бакчасы; 4) күч. оя; hırsız yuvası караклар оясы ◊ yuva kurmak гаилә кору; yuvayı yapan dişi kuştur гаилә учагын саклаучы -хатын-кыз
ercilasun1991
yuva
Türkiye Türkçesi: yuva
Azerbaycan Türkçesi: yuva
Başkurt Türkçesi: oya
Kazak Türkçesi: uya
Kırgız Türkçesi: uya
Özbek Türkçesi: uyä
Tatar Türkçesi: oya
Türkmen Türkçesi: hövürtğe
Uygur Türkçesi: uga uva çaŋga
Rusça: gnezdo
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
yuva
is.
1. Quşların yumurtlayıb bala çıxarmaq və onları saxlayıb böyütmək üçün çör-çöpdən və s.-dən düzəltdikləri yer. Qaranquş yuvası. Sərçə yuvası. – Quşlar yuvalarında oturub, dimdiklərini təmizləyirdilər. N.Nərimanov. // Arı şanı. Yuvadan aralanıb tək qalan arılar boğuq səslə həyətdə cövlan vurub pətəyi axtarırdılar. Mir Cəlal. // Heyvanların düzəltdikləri yer, məskən. Siçan yuvası. İlan yuvası. Ayı yuvası.
2. məc. Ev, məskən, ev-ocaq mənasında. Yuvası dağılmaq. İsti yuvasından məhrum olmaq. – Zəhra yuvası dağılmış bu yavrucuqların, analarını itirmiş bu üç qızın halını, ürək parçalayan səmimi göz yaşlarını görərək ixtiyarsız gözləri yaşardı. S.Hüseyn. • Yuva salmaq – 1) yurd salmaq, məskən salmaq, yaşamaq üçün şərait yaratmaq; özünə yer düzəltmək. Üç dəfə qaçmışam qarlı Sibirdən; Bizim meşələrdə salmışam yuva. S.Vurğun. [Əbdək:] Dağlarda, daşlarda yuva salmış zavallı vətəndaşlarımın dərdi məni bir an belə rahat buraxmır.. M.Hüseyn; 2) məc. Yer tutmaq, yaşamağa başlamaq. Məni xilas etdin vaxtsız ölümdən; O gündən qəlbimdə yuva saldın sən. S.Vurğun.
3. xüs. Maşın, alət, qapı, pəncərə, kilid kimi şeylərin hissələrinin girib işləməsinə və ya birləşməsinə məxsus oyuq, çuxur, dəlmə. Rəzə yuvası. // Bir şeyin içində yerləşmiş olduğu oyuq. Diş yuvası.
4. məc. Bir şeyin törədiyi, intişar etdiyi yer; mənbə. [Qətibə:] Paytaxtımız isə hazırda fitnələr, iftira və böhtanlar yuvasıdır. M.S.Ordubadi. // məc. Yurd, vətən mənasında. Sən, ey igid mədən torpağından qüvvət alıb gülən diyar; İgid ərlər meydanısan, qəhrəmanlar yuvasısan. S.Vurğun. // Xana-xana bölünmüş şəkildə olan şey. Toxum şahmat üsulu ilə, yuvalarla iki və ya bir cərgədə əkilir.
5. məc. Bir şeyin çox olduğu yer. Oğru yuvası. Canilər yuvası.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
yuva
I. ev, meskən, ocaq
{ev, mesken, ocak}
II. menbə
{kaynak}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
yuva
in, yuva