yoxsa
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
yoxsa
bağl.
1. Əks surətdə, əks təqdirdə, belə olmasa (olmazsa). Ey dil ki hicrə doymayıb istərsən ol məhi; Şükr et bu halə, yoxsa gələr bir bəla sana. Füzuli. Lazımdır mikrobları millətin bədənindən kənar eləmək! Yoxsa nə göz yaşı tökmək ilə azarlı şəfa tapar, nə dua yazmaq ilə. C.Məmmədquluzadə. [Pristav:] Doğrusunu de, yoxsa səni yıxdırıb, o qədər döydürərəm ki, bir ay yorğan-döşəkdə qalarsan. Ə.Haqverdiyev. [Sərvər:] Yaz mən deyəni, yoxsa beynini toz eyləyərəm! Ü.Hacıbəyov.
2. Olmaya, bəlkə (sual yerində). Yoxsa bizdən incimisən? – Ol bəladır kim, mənim mərhəm bitirməz yarəmi; Yaxsa kim, hər natəvanın dərdi dərmanıncadır. Qövsi. [Süleyman:] Balam, nə olub ki, belə qaradinməzcə oturubsan, yoxsa dünyanın dərdi sənə qalıbdır? Ü.Hacıbəyov. [Gülnaz anasına:] Nə olub, ana? Yoxsa atamdan pis bir xəbər var?.. M.İbrahimov.
3. Sual cümlələrində ehtimal bildirir – ya, yaxud. Siz gəlirsiniz, yoxsa mən gəlim? Bu günəmi, yoxsa sabahamı hazır olmalıdır? – [Məşədi İbad:] Əşi, siz bu gəlini gətirəndə bir baxmadınız görək bu kişidir, yoxsa arvaddır? Ü.Hacıbəyov. Sizi bir elçimi göndərmiş bahar; Yoxsa məftunsunuz ətirli gülə? N.Rəfibəyli.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
yoxsa
olmaya, bəlkə, yaxud
{ihtimal, belki, yahut}