yorğun
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
yorğun
sif. Çox işləmək, yerimək, hərəkət etmək və digər fəaliyyət nəticəsində yorulmuş, üzgün düşmüş. Yorğun adam. Yorğun at. – Qışın soyuğunda da adam istəyir, girsin isti kürsüyə və yorğanı çəksin başına, bir az da yorğun olan adamı yuxu tutur. C.Məmmədquluzadə. Yorğun olduğumdan yatdıq gecəni; Səhər açılınca oyatdı məni. S.Vurğun. Səməd əmisinin ardınca, yorğun addımlarla yemək otağına keçib stolun yanında oturdu. İ.Hüseynov. • Yorğun düşmək – yorulmaq. [Xədicə] axırda yorğun və halsızca düşüb qaldı. S.Hüseyn. Yorğun düşmüş qızlar yerlərinə girən kimi gözlərini yumdular. M.Hüseyn. // məc. Keçirdiyi həyəcan və iztirablardan üzülmüş, üzgün düşmüş, yorulmuş. yorğun-yorğun zərf Gücdən düşmüş halda, yorulmuş halda, zəifləmiş halda. Yorğunyorğun baxmaq.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
yorğun
yorgun