yenicə
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
yenicə
1. zərf Az əvvəl, indicə, təzəcə. Yenicə getdi. Yenicə gözüm yuxuya getmişdi ki... – Üç yaşından beş yaşına varanda; Yenicə açılan gülə bənzərsən. “Koroğlu”. Bu dəstəni təşkil edən üzvlərin kimisi yenicə çadrasını atmışdı, kimisi hələ buna cürət etməmişdi. S.S.Axundov. // Təzə-təzə.
2. sif. Təzə, təzəcə, az və ya tamamilə yeni. Yenicə bir şey. yenicə-yenicə zərf Təzə-təzə. Yenicəyenicə oxuyur, yazır.