turklehceleri.org

yaxalamaq

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

yaxalamaq

I. f.
1. Yaxasından tutmaq, boğazından yapışmaq. Cəllad Qəməri yaxalayanda vəzir, vəkil və bütün əhli-məclis padşahın ayağına düşüb dedilər: – Şah, qəzəbini söndür! (Nağıl). Biz ayı vurulan yerə yetişəryetişməz itlər ayını yaxaladı. A.Şaiq.
2. Tutmaq, ələ keçirmək, həbs etmək. Oğruları yaxaladılar. – Sərdar Rəşidin evindəkilərin hamısını yatdığı yerində yaxaladılar, onların hamısı sərxoş olub yatmışdı. A.S.Ordubadi.
3. Tapmaq, haqlamaq, tutmaq (gedən yerdə, qaçarkən, uzaqlaşarkən, yaxud bir iş görərkən). Mehriban mütərəddid idi. Bir istəyirdi ki, Zeynalın ardınca gedib onu Yelizavetanın evində yaxalasın. S.Hüseyn. // məc. Gəlib yetişmək, başının üstünü almaq. Əcəl onu yaxaladı. – [Abbas:] Məmiş, mən altmışı yaxalamışam. M.Hüseyn. // məc. Rast olmaq, rast gəlmək, tuş gəlmək. Tərs kimi güllə həmişə elə qorxağı yaxalayır. M.Hüseyn. Külək [Giləni] eyvanda yaxaladı. Ə.Vəliyev. Bir dəfə çobanı çöldə yağış yaxalayır. Ə.Sadıq. // Məc. mənada. Adamlar Kür çayını elə buradaca yaxalamaq, cilovlamaq qərarına gəlmişlər.

II. f. Təmiz su ilə yumaq, hər tərəfinə su axıtmaq, suya çəkmək. Əllərini yaxalamaq. Boşqabları yaxalamaq. – [Qızılquşun] balaları bir qədər böyüdükdən sonra, ovladığı quşu su kənarına alar, tüklərini yolar, cəmdəyini suda təmiz yaxaladıqdan sonra parçalayıb balalarının qabağına atar. A.Şaiq. [Rüstəm:] A bala, bir o çayniki yaxalayıb dəmlə görək.. M.İbrahimov. Arvad samovarı çölə çıxartdı, külünü boşaldıb yaxaladı, su töküb kömür saldı. Ə.Vəliyev.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

yaxalamaq

I. saxlamaq, tutmaq
{saklamak, tutmak}

II. tutmaq, yapışmaq
{tutmak, yapışmak}

III. haqlamaq, tutmaq
{haklamak, tutmak}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

yaxalamaq

tutmak, yakalamak


Axir izdelgen sözler: