yaslanmaq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
yaslanmaq
f.
1. Yayılmaq, sərilmək. Bir gün yeməkdən sonra qoltuqlu sandalyaya yaslanaraq qəzet oxuyarkən Hacı Yunisin xidmətçisi yemək otağına girdi. A.Şaiq. Yaslanıb samanın üstünə cansız; Yatır qaqqıltısız, ahsız, amansız. S.Vurğun.
2. Söykənmək, dayanmaq, sığınmaq. Gəl, qəhrəman bala, gəl, körpə aslan; Eşqinlə döyünən sinəmə yaslan. S.Rüstəm. Onlar da aşiqdi, heyrandı sənə; Yaslanmaq istərdi mavi köksünə. R.Rza. Kiçik evlər .. dikdirə yaslanıb sakit-sakit dururdu. Ə Əbülhəsən.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
yaslanmaq
I. yayılmaq, sərilmək
{yayılmak, serilmek}
II. söykənmək, dayanmaq, sığınmaq
{güvenmek, dayanmak, sığınmak}