turklehceleri.org

xəbis

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

xəbis

sif. [ər.] Başqasının pisliyini istəyən, alçaq, əclaf, xain, murdar. Xəbis adam. Xəbis məqsəd. Xəbis ürək. – [Bəhram:] [Çiçəklər] zərifdirlər, xəbis əllərə davam etməyib solarlar. C.Cabbarlı. [Əsədulla:] Mən [Məmmədxanın] xəbis bir adam olduğunu bilirdim, lakin bu qədər alçaq, pulpərəst olduğunu fikrimə belə gətirməzdim. P.Makulu. // İs. mənasında. Müxənnət səgrəqib o xain, xəbis; Nə yaman qandırıb əyyara məndən. Aşıq Ələsgər. Prokurorun səsi tutqun çıxdı: – Böhtandır! ..Xəbislər indi də bu taktikaya keçiblər. M.Hüseyn.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

xəbis

alçaq, əclaf, rəzil, yaramaz, çirkin, mənfur
{alçak, rezil, rüsva, yaramaz, çirkin, iğrenç}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

xəbis

hain


Axir izdelgen sözler: