rəğbət
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
rəğbət
[ər.] is. Meyil, təvəccöh. Hazırda həm iqbal, həm də məmləkət xalqının rəğbəti Qızıl Arslanın tərəfindədir. M.S.Ordubadi. • Rəğbət etmək (eləmək, bəsləmək) – meyil etmək, təvəccöh göstərmək, üz göstərmək, yaxınlıq etmək. [Fatmanisə:] [Almaz] məni nöşün götürür, mənə kim rəğbət eləyəcək. C.Cabbarlı. Firəngiz lap gənclikdən matadorlara rəğbət bəslərdi. B.Bayramov.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
rəğbət
I. istək, arzu, meyl, cazibə
{istek, arzu, meyil, cazibe}
II. iltifat, mərhəmət, sayə
{iltifat, merhamet, himaye}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
rəğbət
rağbet