xoşsifət
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
xoşsifət
(=xoşsifətli) sif. [fars. xoş və ər. sifət]
1. Gözəl, göyçək, xoşsima, qanışirin. Abbas uzunboylu, nazikbədən, ağbənizli, alagözlü, xoşsifət bir uşaq idi. S.S.Axundov. Mən geri çəkilib, bu xoşsifət qadına müdirin stoluna yaxın durmaq üçün yol verdim. T.Ş.Simurq.
2. məc. Gülərüzlü, xoşrəftar, nəvazişkar; xeyirxah, səmimi. Koroğlu baxdı ki, nalbənd çox xoşsifət bir kişidir. “Koroğlu”. Fərmanı sözün tam mənasında gülərüz və xoşsifət adlandırmaq olardı. Ə.Sadıq. Aslan bu xoşsifət adamları lap ilk gündən sevməyə başladı. S.Vəliyev.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
xoşsifət
mehriban, gülərüzlü, iltifatlı, xeyirxah, səmimi, nevazişkar, sevimli, qanışirin, yapışıqlı
{muhabbetli, güler yüzlü, latif, içten, samimi, şefkatli, sevimli, sevecen, şefkatli}
Axir izdelgen sözler: