turklehceleri.org

xeyrat

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

xeyrat

is. [ər.] din. Ölmüş adamın xatirəsinə verilən yemək; ehsan. Dedi ki, mən edən zamanda vəfat; Dəfn edin, verməyin mənə xeyrat. S.Ə.Şirvani. ..Elə bunu götürək ki, bu axır vaxtlarda başlayıbsınız nuxalılara dəlil və nəsihət eləməyə ki, çaxır içib keyflənməsinlər və palaz-paltarlarını satıb xeyrat verməsinlər. “Mol. Nəsr.” // Savab üçün verilən pul, yemək və s., habelə savab üçün edilən işlər. Xeyrat paylamaq. – Günlərin bir günündə bir molla Coratdan Türkana xeyrat yeməyə gedirdi. (Nağıl). Halvanın və xeyrat plovlarının savabını və lazım olmadığını dananlar kafir və mürtəddirlər.. Ə.Haqverdiyev.


Axir izdelgen sözler: