vecsiz
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
vecsiz
sif. Lazımsız, gərəksiz, yararsız, karsız, yaramaz, dəyərsiz, xeyirsiz, işəgəlməz, bikara. Səndə bitər bir neçə vecsiz qoza; Ancaq o da qismət olar donquza. M.Ə.Sabir. Mən hərdən oturub fikirləşirəm və bu əqidəyə gəlirəm ki, bizim çoxumuzu bədbəxt edən karsız, vecsiz və xeyirsiz qohumlarımızdır. Ə.Vəliyev. // Mənasız. Nə qədəri vecsiz kəlam söyləsə; Ağzından cavahir saçdı, deyərlər. Aşıq Kamal.