turklehceleri.org

sərəfraz

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

sərəfraz

sif. və zərf [fars.] klas. Başı uca. Sərəfraz gəzirsən büllur otaqda; Uzaqda oduna yananı gözlə! Aşıq İman. • Sərəfraz buyurmaq tənt. – bax. sərəfraz etmək. Mən özümü borclu hesab edirəm, sizdən razılıq eləməyə ki, bu uzun yolu zəhmət ilə buraya gəlib, məni sərəfraz buyurubsunuz. C.Məmmədquluzadə. Xeyli sərəfraz buyurmuşsunuz, biz ata-babadan xalqın məsləhəti ilə hökumət sürmüşük... M.S.Ordubadi. Sərəfraz etmək (eyləmək, qılmaq) – gəlməyi və ya başqa bir hərəkəti ilə birinin başını uca etmək, hörmətini qaldırmaq, hörmətə mindirmək, adamların gözündə yüksəltmək; şərəfləndirmək. Məcnun dedi: Ey açan mənə raz; Lütfilə qılan məni sərəfraz! Füzuli. [Ağa Kərim xan:] Əziz qonaq bizi sərəfraz edib, xoş gəlib.. N.Vəzirov. Sərəfraz olmaq – başı uca olmaq, yüksəlmək. Nazənin-nazənin edərsiz avaz; Ruh tazələnir, olur sərəfraz. M.P.Vaqif.


Axir izdelgen sözler: