vasvası
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
vasvası
sif.
1. Hər şeydən çəkinən, hər şeydən iyrənən, hər şeydən şübhələnən. A qardaş, elə həkimlərin sözünə baxıb bu günə düşmüsən, vasvası olma. S.S.Axundov. Bir anda şübhə, heysiyyətimi, qürurumu xırpalayan qara, ağır bir şübhə mənim vasvası qəlbimdə kök saldı. Ə.Məmmədxanlı.
2. dan. Səliqədə ifrata varan, son dərəcə xırdaçı. Vasvası adam.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
vasvası
titiz