nicat
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
nicat
is. [ər.] Qurtuluş, xilas; xilas olma, azad olma, qurtulma. [Mirzə Rza:] Mən balalarımın nicatından daha əvvəl İranın nicatına ümid edib, Nəsrəddin şahın qətlinə iqdam etmişəm. C.Cabbarlı. [Qızın] gözləri nicat uman yazıq bir ifadə aldı. İ.Əfəndiyev. • Nicat tapmaq – xilas olmaq, azad olmaq, qurtulmaq. Qadın isə öz növbəsində məhbusları gördüyü zaman onlara xeyir-dua verir və nicat tapmaları üçün Allaha yalvarırdı. M.S.Ordubadi. Nicat vermək – xilas etmək, azad etmək, qurtarmaq. [Əbülhəsənbəy qıza:] Hər nə olursa olsun, sizə buradan nicat verəcəyəm. M.S.Ordubadi. Nicat yolu – qurtuluş yolu, çıxış yolu, çarə, əlac. [İskəndər xan:] ..Nə qədər fikir eləyirəm, nicat yolu tapa bilməyirəm.. N.Vəzirov.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
nicat
qurtuluş, xilas
{kurtuluş, halâs}