varmaq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
varmaq
f.
1. Getmək, yetişmək, çatmaq, gəlmək, gəlib çatmaq. İstərəm kim, varayım kuyinə yüz qovğa ilən. Kişvəri. Leyli onun olsun, eylədim əhd; Var, indi sən et əlacına cəhd. Füzuli. Səba, əhvalımı bir-bir; Varıb ol yarə ərz eylə. M.V.Vidadi. Səba, var, kuyidildarə söylə kim, növbahar olmuş. Heyran xanım. • Varıb getmək – çıxıb getmək, rədd olmaq. Ellik, yerbəyerdən qalxıb dedilər: – Güloğlan, sazını vur qoltuğuna, var get. “Aşıq Qərib”.
2. Nəticələnmək, müncər olmaq, nəhayətlənmək, çatmaq. [Gülüş:] Ay Sevil, artıq oyun sona varmaqdadır, çox çəkməz, sən özün görərsən. C.Cabbarlı.
3. məc. Dalmaq, qərq olmaq, getmək. Gəl duraq yanaşı, xəyala varaq; Bizə layla desin suların səsi. S.Vurğun. vara-vara zərf Getdikcə. Vara-vara oldun zalim, bimürvət; Əzəldən yox idi bu güman sənə. Q.Zakir
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
varmaq
I. getmək, yetişmək, çatmaq
{gitmek, yetişmek, çatmak}
II. dalmaq, getmək
{dalmak, gitmek}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
varmaq
varmak