qəhr
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
qəhr
is. [ər.] Hiddət, qəzəb, acıq. Çeşmində qəzəb yoxsa dili-zarım üçündür; Qəhri o təbibin dili-bimarım üçündür. S.Ə.Şirvani. Kuyində məhrəm etdi rəqibi səfa ilə; Qəhr ilə etmədi məni həm yad, ağlaram. X.Natəvan. Qəhr [Mirzə Hüseyni] boğdu, cibindən qırağı haşiyəli bir yaylıq çıxarıb gözlərini sildi. S.Rəhimov.
2. Bir məhrumiyyət, haqsızlıq və s. üzündən doğan hədsiz ruhi əzab və iztirab. Firqətin qəhri bəni yaqdı və incitdi, əzizim! Nəsimi. On bir aydır mənim üzüm gülmədi; Qəza qəhri məndən heç üzülmədi. Aşıq Ələsgər. ‣ Qəhr etmək – 1) məhv etmək, yox etmək. Xalq bugünkü və sabahkı düşmənlərini qəhr edə bilməzsə, öz taleyini həll edə bilməz. S.Rəhimov; 2) cəbr etmək, zülm etmək; cəzalandırmaq, iztirab vermək. Necə qəhr eyləyəsən, aşiqinə rəhm eylə; Ki, sənin rəhmətinə aşiqi-heyran susadı. Nəsimi. Qəhr olmaq – məhv olmaq, yox olmaq. Qəhr olsun! – məhv olsun! yox olsun!
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
qəhr
kahır
Axir izdelgen sözler:
- xayrchi,
- reinforcement,
- rubidium,
- aldırmamaq,
- yadash,
- baz,
- bezelmek,
- makaköz,
- çeberde,
- betmay,
- duldalamak,
- kelpez,
- təsirlənmək,
- alğınça,
- qorqunuch,
- hezil,
- sacro,
- Təmənna,
- taahhütname,
- logika,
- İshli,
- qəhr