ustabaşı
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
ustabaşı
is. köhn. Bir neçə ustaya rəhbərlik edən usta, baş usta. Ustabaşı kənarda durub məlumat verir, qabarlı əllər ilmə düyürdü. Çəmənzəminli. // Ustaya hörmətlə müraciət. [Qərib:] Xəbər söylə mənə, ay ustabaşı; Əlindəki sazı necə çalırsan? “Aşıq Qərib”. [Xərabati:] Mana bax... Ey, mana bax, ustabaşı! Gördüyün varmı bizim arxadaşı? H.Cavid.