umuküsü
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
umu-küsü
is. Umma, küsmə, incimə, şikayətlənmə, giley. Töhmətdən çox umuküsüyə bənzəyən bu sözləri deyərkən [Xanların] səsi titrədi. M.Hüseyn. Küçə dinmədi; Sükut etdi; Müdrik bir insan kimi; Sanki eşitmədi; Mənim umu-küsümü. R.Rza. • Umuküsü etmək – şikayətlənmək, narazılıq etmək, narazılığını bildirmək, incikliyini bildirmək, gileylənmək. Nəriman umu-küsü elədi: – Elə olar, elə olar! Daha bizləri tanımazsan katib olandan sonra.. Mir Cəlal. Tapdıq .. umu-küsü etdi. Ə.Əbülhəsən.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
umu-küsü
I. şikayət, giley
{şikâyet, üzüntü}
II. ah-nale, sızıltı
{inilti, sızı}