uduzmaq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
uduzmaq
f.
1. Oyunda, yarışda, döyüşdə, mübahisədə və s.-də məğlub olmaq, basılmaq, yenilmək. Şahmatda uduzmaq. Yarışda uduzmaq. Müharibədə uduzmaq. – [Dəstə] kəşfiyyatdan əliboş qayıdarsa, vuruşmanı düşmən mütləq uduzacaqdır. M.Hüseyn.
2. Qumarda pul və ya şeyini baxtalamaq, itirmək, əlindən çıxarmaq. [Həpo:] Bu gecə on beş tümənin hamısını bir yerdə uduzdum. M.F.Axundzadə. [Qayınatası Sürəyyaya:] Daha nə vaxtacan [Səməd] mənim malımı, pulumu aparıb uduzacaq? Çəmənzəminli.
3. məc. Üstünlüyünü, yaxşı, əlverişli imkanını, xeyrini, yaxud fürsəti əlindən qaçırmaq, itirmək, malik olduğu və ya ola biləcəyi şeydən məhrum olmaq. Amma [Koroğlu] tələssin, yoxsa uduzar. “Koroğlu”. Biz əldə edilmiş qələbəni uduzmamaq üçün tədbirlər görməliyik. M.S.Ordubadi. Rüstəm bildi ki, işi uduzub. M.İbrahimov. ‣ Ağlını uduzmaq – bax. ağıl1. [Ələsgər:] Bir də ağlını uduzma. Ə.Haqverdiyev.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
uduzmaq
I. itirmək
{yitirmek}
II. basılmaq
{basılmak}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
uduzmaq
kaybetmek, ütülmek, yenilmek