ucalmaq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
ucalmaq
f.
1. Daha da yüksəlmək, qalxmaq, yuxarıya doğru artmaq. Suyun səviyyəsi xeyli ucalmışdır. Binanın divarları gündəngünə ucalır. // Uzaqdan görünmək (uca şeylər haqqında). Artıq Şuşa şəhəri görünür, Xanqızının ağ imarəti ucalır. S.Rəhimov. Torpaq yoldan bir az kənarda, yastı yamacda bir fin evi, ağ çadır və buruq vışkası ucalırdı. M.Süleymanov. // Boy atmaq, qalxmaq. [Cavan qızın] boyu ucalıb, köksü dolğunub, simasında da ayrı məlahət görünürdü. Çəmənzəminli. Daşlıq yolun kənarlarında ot-ələf elə ucalmışdı ki, deyərdin, buralar xüsusi biçənək yeridir. Mir Cəlal.
2. Qalxmaq, qopmaq, yüksəlmək, güclənmək, ucadan eşidilmək (səs haqqında). Nagəhan küçədə ucaldı səda; Vurharay düşdü, qopdu bir qovğa. M.Ə.Sabir. Heyfa ki çıxmadı tarın sədası; Ucalmadı kamançanın nəvası. A.Səhhət.
3. məc. Hörməti, nüfuzu artmaq, yüksəlmək, hörmətə minmək. Camaat arasında ucalmaq. – Aşıq qocalar, gəzər; Eldə ucalar, gəzər; Sonsuz öləndən sonra; Ruhu bacalar gəzər. (Bayatı). Şəmşir kimi sən də doğru, düz dolan; Çox olub tarixdə enən, ucalan. Aşıq Şəmşir. // Yüksəklərə qalxmaq, göyə qalxmaq. ..Qırmızı bayraqlar ucalmış göyə; Hazırlıq görürlər, qovğa var deyə. A.Şaiq.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
ucalmaq
yüksəlmək, qalxmaq, artmaq
{yükselmek, kalkmak, havalanmak}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
ucalmaq
yücelmek