turklehceleri.org

ucadan

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

ucadan

zərf
1. Bərkdən, yüksəkdən, zildən. Ucadan danışmaq. Ucadan gülmək. Ucadan demək. Ucadan oxumaq. – [Adamlar] ucadan və həyəcanla danışır, nə barədə isə mübahisə edirdilər. M.İbrahimov. [Dürrə adamların] bu sözünü eşidib ucadan soruşdu. S.Vəliyev.
2. məc. Yüksək mövqedən, yuxarı vəzifədən. İndi dünyada qayda belədir ki, birisi ucadan alçağa yenə, dövlətlilikdən kasıblığa düşə, söhbəti həmişə aparıb çıxardacaq keçən günlərinə. C.Məmmədquluzadə.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

ucadan

hündürdən, bərkdən, qəlbidən
{yüksekten, yüceden, yürekten}


Axir izdelgen sözler: