təəssüb
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
təəssüb
is. [ər.]
1. Bir fikrə, əqidəyə, məsləkə kor-koranə bağlanıb, başqalarına kin və ədavət bəsləmə; qeyrətkeşlik, fanatizm. Bağdad xalqının gözü qarşısında meyitlərin üç gün dar ağacında qalması ərəb təəssübünün bir daha coşmasına səbəb ola bilər. M.S.Ordubadi.
2. Qeyrət, namus. Həqiqi şair .. gərəkdir öz səsini millətin səsinə qoşub, onun qeyrət və təəssüb damarını hərəkətə gətirə. F.Köçərli. [Qəmər:] [Züleyxa] özgə qızı da olsa, yenə təəssübü sənin üstünə gələcək. M.İbrahimov. • Təəssüb çəkmək – qeyrət çəkmək, namusunu qorumaq.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
təəssüb
taassup