təzim
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
təzim
is. [ər.] Baş əyərək salam vermə; baş endirmə. • Təzim etmək – 1) baş əyərək salam vermək, baş endirmək. Elçi şaha təzim edib, çıxıb getdi. (Nağıl). Vaqiflə Mirzə Əliməmməd xalqa təzim edə-edə yuxarı başa keçib, göstərilən yerdə əyləşdilər. Çəmənzəminli; 2) hərb. farağat vəziyyətində sağ əlinin barmaqlarını birləşdirib gicgahına aparmaqla əsgəri salam vermək. Növbətçi təzim edərək uzaqlaşdı. M.Hüseyn. [Midhət] qan-tərə batabata aerodroma gəldi. Komandana təzim elədi. Ə.Vəliyev.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
tə’zim
səcdə, başəymə
{secde, baş eğme}