turklehceleri.org

tərs

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

tərs

is. və sif.
1. Bir şeyin əks tərəfi, arxası, dalı. Nəzarətçi söyüş söydü və sağında dayanmış növbətçinin qırmızı yanağına əlinin tərsi ilə ağır bir şillə vurdu. M.Hüseyn. [Veys] ..səliqəsiz qara bığlarını əlinin tərsi ilə silib, borc və nisyə dəftərlərini götürdü. Ə.Əbülhəsən. // Parçanın və s. dal üzü (avand əksi). Parçanın tərsi.
2. Biri o birisinin əvəzinə və ya əksinə olan. Ayaqqabını tərs geymək.
3. Öz dediyindən, öz əməlindən, öz xasiyyətindən əl çəkməyən, tərslik edən; inad, höcət. [Mehralı:] Musa çox tərs adamdır, sən onun dilini bilməzsən. S.Rəhman. [Qızyetər:] Rüstəm dayı əl qatmasa Şirzadın işi düzələn deyil. Elə bir tərsə rast gəlib ki!.. M.İbrahimov.
4. Acıqlı, hirsli, qaşqabaqlı. Sarı özü də işlər müdirinin tərs baxışlarından bir növ mətləbi anlayırdı. S.Rəhimov. Mirzə yenə üzümə tərs baxdı. Mir Cəlal.
5. Əksinə, tərsinə. [Məhəmməd:] Ey müəllim, sən mənə neçə il dərs demisən; İndi belə görünür, hər şeyi tərs demisən. B.Vahabzadə. ‣ Tərs damarına düşmək (salmaq), tərs damarı (tərsliyi) tutmaq – tərsliyə başlamaq, tərslik eləmək, dediyindən, öz əməlindən, öz bildiyindən əl çəkməmək; inad etmək. [İmran:] [Ananın] tərs damarına düşdü, qurtardı. M.Hüseyn. [Rüstəm:] Görürsən tərs damarı tutub, danışma, çıx get, havası keçəndə qayıt.. M.İbrahimov. [Nisə xanım Zakirova:] Nə qədər dedim ki, uşağa ayda bir-iki min cibxərcliyi göndər, saldın tərs damarına. Ə.Məmmədxanlı. Tərs damarını sındırmaq – tərslikdən vaz keçməsinə nail olmaq, yumşaltmaq, yola gətirmək, razılığına nail olmaq. [Xəlil:] ..Yığsın başına dost-aşnanı, o Əliqulu kişinin tərs damarını sındırsın. S.Rəhman. Tərs kimi – elə bil, acıqdan, əksinə. [Mərcan bəy:] Tərs kimi kəbin pulu da beş min manat yazılıb. Ü.Hacıbəyov. Yumurtası tərs gəlmək – əl-ayağa düşmək, bir yerdə qərar tapa bilməmək, özünə yer tapa bilməmək. Yumurtası tərs gəlmiş toyuq kimi – bir yerdə qərar tapa bilməyən, özünə yer tapa bilməyən adam haqqında.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

tərs

inad, gəc, höcət
{aksi, direnen, inat}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

tərs

hırçın, ters


Axir izdelgen sözler: