tərləmək
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
tərləmək
f.
1. Bədəni tərlə örtülmək, tər tökmək, dərinin məsamələrindən tər sızmaq. İstidən tərləmək. Alnı tərləmək. – Bilqeyis həyəcanından tərləmişdi. S.Vəliyev. İşləməyə adət etmədiyindən [Aydının] əlləri tərləyib qabarlaşmışdı. H.Seyidbəyli. // məc. Bir işlə çox və ciddi məşğul olmaq, bir şey üzərində işləməkdən çox yorulmaq. Məsələnin həlli üzərində tərləmək.
2. Çökmüş buxardan nəm olmaq, nəm çəkmək. Hopduqca səhranın gövdəsinə su; Tərlədi qaxsımış bir bədən kimi. S.Vurğun. Qurumağa üz tutmuş ağaclar su içib cana gəldi, torpaq tərləməyə, nəfəs almağa, yenidən dirçəlməyə başladı. Ə.Məmmədxanlı.
3. Bir tərəfi isti, o biri tərəfi soyuq olan boru, şüşə və s. kimi şeylər üzərində su damlaları əmələ gəlmək; nəmlənmək. Pəncərənin şüşələri tərləyib. İstidən su borusu tərləyib.
4. məc. dan. zar. İstəmədiyi halda xərcləməyə, verməyə məcbur olmaq (pul haqqında). 100 manat tərlədim. ‣ Bığ(ının) yeri (yenicə) tərləmək – bax. bığ.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
tərləmək
I. islanmaq, nəmlənmək
{ıslanmak, nemlenmek}
II. xərcləmək, ödəmək, vermək
{harcamak, ödemek, vermek}
III. əlləşmək, çalışmaq, işləmək
{çabalamak, çalışmak, işlemek}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
tərləmək
terlemek