tərksilah
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
tərk-silah
is. [ər.]
1. Silahlarını əlindən alma, silahını, ya silahlarını atmağa məcbur etmə; silahsızlaşdırma. • Tərk-silah edilmək – silahı əlindən alınmaq; silahsızlaşdırılmaq. [Əsgərlər] çayın o tərəfi ilə yuxarı qalxdıqları vaxt səkkiz nəfər fin soldatının tərk-silah edilib gətirildiyini gördülər. Ə.Vəliyev. [Ağagül:] Yunkerlər tərk-silah edildi. Ə.Məmmədxanlı. Tərk-silah etmək – silahlarını əlindən almaq; silahsızlaşdırmaq. Sergey bu zaman baş nəzarətçini yerə yıxıb tərk-silah etdi. S.Vəliyev.
2. Bütün və hər cür silahlı qüvvələrin buraxılması, bütün silahların məhv edilməsi, yaxud silahlı qüvvələrin əsaslı surətdə ixtisar olunması və silahlanmanın məhdudlaşdırılması üçün həyata keçirilən tədbirlər.