abad
Türkiye Türkchisi – Tiniq Türkche Lughiti (Kuleli, 2013)
abad
[Köken: Farsça] Bay, Onuşlu, Varlı
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
abad
sif. [fars.]
1. Müntəzəm və çoxlu tikintisi, yaşayış üçün hər cür şəraiti olan; şen. Abad şəhər. Abad kənd. – Söylədiyimiz dövrdə İçərişəhər abad deyildi. H.Sarabski. Abad, gözəl şəhərimiz sülhün böyük dastanıdır. N.Rəfibəyli. // Ümumiyyətlə, yaxşı, müntəzəm, səliqəli, mədəni, yaxud yaxşı təchiz və təmin olunmuş, yaxşı vəziyyətdə olan. • Abad edilmək – bax. abadlaşdırılmaq. Abad etmək (eləmək) – bax. abadlaşdırmaq. Zəhmət qoymaq, kəndlərimizi abad etmək, yaşayışımızı yaxşılaşdırmaq öz əlimizdədir. T.Ş.Simurq. [Şair:] Biz bu dünyaya xarabalıqları abad etməyə gəlmişik. Ə.Məmmədxanlı. Abad olmaq – bax. abadlaşmaq. Bunlar hərə öz məhəlləsinin abad olmağına cidd-cəhd etmişlər. N.Nərimanov. Tənimdə qalmayıb bir xali yer qəmzən xədəngindən; Olur abad hər mülkün ki, adil olsa sultanı. Q.Zakir. Abad olsun! Evin abad olsun! – təşəkkür, razılıq, məmnuniyyət, təqdir bildirən ifadədir. Etdi bir cam ilə təmir dili-viranı; Meyfüruşun görəyim xanəsi abad olsun! S.Ə.Şirvani. [Qoca:] Çörək verdin, yedim, evin abad olsun! Ə.Haqverdiyev.
2. məc. klas. Şən, şad. Dağıldı qüssədən abad gördüyün könlüm. Heyran xanım. ...abad [fars.] Xüsusi isimlərə qoşularaq şəhər, kənd, yer adları düzəldilir; məs.: Cəlilabad, Sabirabad və s.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
abad
şən, şad
{neşeli, mutlu}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
abad
bayındır, mamur, mutlu, şen
Özbekche—In'gilische Lughet (Dirks, 2005)
abad
(Arabic) eternity; eternal. to ~ for all eternity.
Uyghurche – Türkiye Türkchisi Lughiti (Kurban, 2016)
abad
f. bk. awat.