təqdir
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
təqdir
is. [ər.]
1. Qəbul (etmə), bəyənmə, qiymətləndirmə, alqışlama; dəyərini, əhəmiyyətini anlama. [Buğac] .. atasının təhsin və təqdirini qazanacaqdı. M.Rzaquluzadə. • Təqdir etmək – qəbul etmək, bəyənmək, qiymətləndirmək, alqışlamaq. Nə qədər ki Cavahir atasının evində idi, heç kəs bunun işini təqdir etməyirdi. T.Ş.Simurq. Zalda müxtəlif səslər eşidildi. Kimi Zeynəbin təklifini təqdir edir, kimi şübhə altına alırdı. M.İbrahimov.
2. klas. Qismət, nəsib, tale (bəzən “təqdiriqəza” şəklində). [Kərəm:] Bizə belə imiş təqdirin işi; Axıtdı gözümdən qan ilə yaşı. “Əsli və Kərəm”.
3. ...təqdirdə – şərt bildirir; ...halda, əgər... Gəldiyi təqdirdə (əgər gəlsə, gələrsə). • Əks təqdirdə – əks halda, belə olmadıqda. [Partizanlar] əks təqdirdə [Silanı] bu döyüşə göndərməzdilər. S.Vəliyev. O təqdirdə – elə olduqda (olsa), o halda.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
təqdir
I. bəyənmə, qiymət, tə’rif
{beğenme, değer, takdir}
II. fikir, rə’y
{fikir, oy}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
təqdir
takdir