turklehceleri.org

təkəbbür

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

təkəbbür

[ər.]
1. is. İddia, təşəxxüs, lovğalıq, özünü çəkmə, fors. [Rüstəmovun] ..hər şeyə yuxarıdan baxan büzük gözlərinə hüdudsuz bir təkəbbür çöküb qalmışdı. M.İbrahimov.
2. sif. Təkəbbürlü, iddialı, dikbaş, təşəxxüslü, lovğa, forslu. [Piri baba:] Rəhmətlik qardaşımın cəmi xasiyyəti oğlu Əlimərdana keçmişdir. Atası kimi təkəbbür, kinli, höcət, qoçaq bir dəliqanlıdır. S.S.Axundov. Dünyada şöhrətpərəst və təkəbbür adamlar çox qorxaq olar(lar). M.İbrahimov.
3. Təkəbbürlə şəklində zərf mənasında. Cəmil də öz növbəsində təkəbbürlə döşünü qabardaraq Tahirə baxıb dedi. M.Hüseyn. .. Bir gəlin, öz gözəlliyini dərk edən qadınlara məxsus bir təkəbbürlə gəlib [Sultan ilə Səmədin] qarşısından keçdi. İ.Hüseynov.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

təkəbbür

I. lovgalıq, dikbaşlıq, yekəxanalıq, iddia
{kibirlilik, gururluluk, büyüklenmek, iddia}

II. iftixar, vüqar, məğrurluq
{iftihar, vakar, mağrurluk}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

təkəbbür

gurur, kibir


Axir izdelgen sözler: