əfəndi
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
əfəndi
is. [ər. əsli yun.]
1. Sünni ruhanilərinə verilən ləqəb. Oğlan evi əfəndidən, molladan və s. qohum-əqrəbadan bir dəstə camaat dəvət edib, qız evinə nikaha gedəcəkdir. R.Əfəndiyev. Dəng eyləmə məni, artıq qalmamış; Ehtiyacım cənnətə, əfəndi! Ə.Cavad. Əlac yoxdur əfəndidən, molladan; Həqiqətin binasını axtarın. Molla Cümə.
2. Keçmişdə: hörmət üçün oxumuş adamların, ruhanilərin adlarına qoşulan söz. // Keçmişdə: hörmətlə müraciət. Nağıl demirəm, əfəndim, hekayə deyirəm. N.Nərimanov. [Rza bəy:] Əfəndilər, bir də cavab verməyəcək olsanız, bu mübhəm sükutunuzu kəndim üçün böyük bir həqarət ədd edəcəyəm. Ü.Hacıbəyov. // Türk ziyalısına müraciət. İlk dəfə gördüyü əfəndinin .. danışıq ədası, yerişi, baxışı çox qəribə, qeyritəbii və gülməli göründü. M.Hüseyn.