turklehceleri.org

təknə

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

təknə

is.
1. Əsasən xəmir yoğurmaq üçün işlədilən dərin, iri, taxta mətbəx aləti; dərin tabaq. Mələk bacı dizləri üstə oturub, kəndli qadınlara məxsus təmkin və səliqə ilə təknədə xəmir yoğururdu. Ə.Sadıq. Burada təknə, tabaq, oxlov, qazan, sacayaq və yemək-içməyə gərək olan sair qab-qacaq az deyildi. Ə.Əbülhəsən.
2. Ekskavatorun çalovu. Yarım ton ağırlığında olan təknə yüngül bir top kimi bir tərəfdən o biri tərəfə tullanırdı. Ə.Sadıq. Mazuta bulaşmış torpaq sahəsinin kiçik parçasını nəhəng bir ekskavatorun təknəsi ilə çevirmişdilər. Y.Əzimzadə.
3. Bir təknə tutan miqdar. İki təknə buğda. Üç təknə un. – Tamam boşaldı anbar; Bircə təknə unum var. S.Vurğun.


Axir izdelgen sözler: