tısbağa
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
tısbağa
is. zool. Bədəni sümük qınla örtülü, qısa ayaqları ilə çox yavaş hərəkət edən, ayaqlarını və başını qının içində gizlədən sürünən heyvan. Quru tısbağası. Dəniz tısbağası. Bataqlıq tısbağası. – Bir ilan, bir dəvə, bir də tısbağa; Yoldaş olmuşdular bunlar sabiqa. Q.Zakir. Birdən maralın sağ tərəfindən, bulanıq sular arasından bir tısbağa başını çıxarıb onu salamladı. M.Hüseyn. ‣ Tısbağa kimi – çox yavaş, çox ağır. Parovoz tısbağa kimi ağır-ağır gedirdi. M.S.Ordubadi. Tısbağa kimi başını qınına çəkmək – 1) ictimai işlərdən kənara çəkilib öz xüsusi işləri ilə məşğul olmaq; 2) öz evində oturub heç bir yerə getməmək, evdən bayıra çıxmamaq. Camaatı talamağa adət etmiş xainlər tısbağa kimi başını qınına çəkib dışarı çıxmağa cürət etmirdi(lər). M.S.Ordubadi. Tısbağa qınından çıxıb, (öz) qınını bəyənmir – böyüyüb, boya-başa çatdığı ailəni, mühiti, kollektivi, yeri bəyənməyən adam haqqında. [İmran kişi:] Bəlkə tısbağa qınından çıxıb, qınını bəyənmir, hə? M.Hüseyn. Tısbağa sürəti (yerişi, gedişi) – çox yavaş, çox kiçik sürət, çox ağır yeriş. Tısbağa sürəti ilə getmək. – [Rüstəm kişi:] Tısbağa yerişi ilə gedən bir kolxozu iki-üç ilə o hündürlüyə qalxızmaq qeyri-mümkündür. M.İbrahimov.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
tısbağa
kaplumbağa