tezdən
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
tezdən
zərf
1. Alaqaranlıqdan, hava açılmamışdan, sübh erkəndən. Tezdən tarlaya getmək. – ..Məmmədhəsən əmi sübh tezdən yuxudan durub, geyinib, namaz qılıb çıxdı, bir həyəti dolandı. C.Məmmədquluzadə. [Züleyxa] tezdən qulluqçusunu ayağa qaldırdı. S.Rəhimov.
2. Vaxtından əvvəl, qabaq, tez. Gülsənəm arvad tezdən yatmadığına sevinirdi. M.Hüseyn.