halə
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
halə
is. [ər.] Ayın və bəzi iri ulduzların ətrafında bəzən görünən işıq dairəsi. Fikrini, qəlbini çalmışdı əlan; Mahtabın sulara düşən haləsi. S.Vurğun. Dağıtma gül üzə zülfün ay üzrə halə kimi; Şərabdan bir əsər var ləbində lalə kimi. Ə.Vahid. ‣ Halə qurmaq (vurmaq) – dairə vurmaq, dövrə vurmaq, halqa vurmaq. Aydınlıq gecədə gözəl bir çeşmənin kənarında cavanlar halə qurub, əyləşib, növbə ilə oxuyubçalanlara qulaq verirdilər. Ə.Haqverdiyev.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
halə
ağıl