taytuş
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
tay-tuş
top. Həmyaş və ya hər cəhətdən bir-birinə uyğun olan adamlar, yaxın yoldaşlar, yaşıdlar. [Şahbaz bəy:] Mənim taytuşlarım tamam mərifət sahibi olub, qulluq edib, hörmət, izzət tapıb xoşbəxt olublar. M.F.Axundzadə. Şahmar nənəsini tək qoyub, hara gedə bilərdi? El-oba, tay-tuş ona nə deyərdi? B.Bayramov.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
tay-tuş
yaşıd, həmyaş, yoldaş
{yaşıt, akran, yoldaş}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
tay-tuş
akran